Məktəblilər arasında kütləvi dava olub, xəsarət alanlar var
19 Fevral 2010 Cümə 13:05
Bakıda orta məktəb şagirdləri arasında kütləvi dava olub. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən məlumat verilib.
Hadisə fevralın 18-də Nizami rayonu ərazisində baş verib. Nizami və Xətai rayonlarından olan 20-ə yaxın orta məktəb şagirdi arasında məhəllə davası düşüb. Davada 13-17 yaşlı məktəblilər iştirak edib, onlar bir-birinə müxtəlif vasitələrlə, həmçinin bıçaqla ağır bədən xəsarətləri yetiriblər.

Məktəblilər arasında baş verən dava zamanı 138 saylı orta məktəbin şagirdi Emin Abbasov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Davada iştirak edən digər məktəblilərin adları isə azyaşlı olduqlarından açıqlanmır.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar