Hadisə

Meksikada zəlzələ olub

Xəsarət və dağıntı barədə məlumat yoxdur

· Xəbərçi
Meksikada zəlzələ olub
Meksikanın Qvatemala ilə sərhədində zəlzələ baş verib. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri ABŞ Geoloji Xidməti yayıb. Xəsarət alanlar və maddi zərərlə bağlı məlumat yoxdur.

Yeraltı təkanlar Bakı vaxtı ilə ötən gün saat 23.09-da qeydə alınıb. Zəlzələnin episentri Tapaçula şəhərindən 87 kilometr cənub-qərbdə, zəlzələ ocağı 63 keilometr dərinlikdə yerləşib.

Şərhlər