Meksika körfəzində faciənin ildönümüdür
19 Aprel 2011 Çərşənbə Axşamı 11:10
Regionda ekoloji çirklənmənin tam aradan qaldırılması üçün hələ vaxt lazımdır
Amerika Birləşmiş Ştatlarında Meksika körfəzində böyük ekoloji çirklənməyə səbəb olan güclü partlayışdan bir il ötür. BP şirkətinin platformasında baş vermiş qəzadan bir il sonra neft sızması ilə çirklənmiş Meksika körfəzində vəziyyətin normala yaxınlaşdığı bildirilir. Ancaq alimlər hesab edirlər ki, regionun ekoloji vəziyyəti və iqtisadiyyatına dəymiş ziyanın tam şəkildə aradan qaldırılmasını görmək üçün hələ vaxt lazımdır.
Xatırladaq ki, bir il əvvəl BP-nin Deepwater Horizon platformasında baş vermiş partlayış 11 nəfərin ölümü və Meksika körfəzində böyük ekoloji çirklənməyə səbəb olmuşdu. Körfəzə neft sızmasının qarşısının alınması üzrə cəhdlər dörd ay davam etmişdi.
DOSTLARINLA PAYLAŞ: