Hadisə

Meksika həbsxanasında qiyam: 40 ölü

Meksika həbsxanalarında narkotik baronları və mafiyalar arasında vaxtaşırı bu kimi iğtişaşların baş verir

· Xəbərçi
Meksika həbsxanasında qiyam: 40 ölü
Meksikanın şimalındakı həbsxanalardan birində qiyam baş verib. Məlumata görə, qiyam nəticəsinbdə baş vermiş iğtişaşda 40 nəfər ölüb. Ölənlər arasında həbsxana işçilərinin olması da istisna edilmir. Meksika Nuevo-Leon əyaləti ictimai asayiş şöbəsinin sözçüsü Yorqe Domene Zambrano həbsxananın 2-ci blokunda baş vermiş qiyamın artıq nəzarətə götürüldüyünü deyib. Ölkə rəsmiləri, həbsxanalarda narkotik baronları və mafiyalar arasında nəzarəti ələ keçirmək üçün vaxtaşırı bu kimi iğtişaşların baş verdiyini deyiblər.

Şərhlər