Məkkədə zəvvarlar qəzaya uğradı: 32 nəfər ölüb
14 Noyabr 2010 Bazar 15:00
Bu barədə azərbaycanlı zəvvar məlumat verib.
Müqəddəs Məkkə şəhərində Həcc ziyarəti ərəfəsində dəhşətli avtobus qəzası baş verib. Bu barədə ANS-ə azərbaycanlı zəvvar Tofiq Abışlı məlumat verib.
Zəvvarın sözlərinə görə, dünən azərbaycanlı zəvavrlar Mina çölünə getməli olsalar da, onları aparmalı olan avtobus gəlib çıxmayıb. Sonradan məlum olub ki, buna səbəb iranlı zəvvarların olduğu avtobusun qəzaya uğramasından sonra yollardan yaranmış tıxac olub. Hadisə nəticəsində 32 nəfərin öldüyü bildirilib.
"Biz dünən Minaya getməli idik. Ancaq yolları bağlayıblar. Ona görə bu gün axşamüstü Ərəfat dağına gedəcəyik. Nə isə qarışıqlıqdır. Tam məlumat verilmir. Hələ ki, Məkkədə oteldən çıxmamışıq. Zəvvarlarımızda problem yoxdur. Vəziyyətləri yaxşıdır. Əslində gecikmirik, bir gün tez getməli idik, o da alınmadı. Şeytana daş atmaq mərasimi 16-sı səhər olacaq". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: