Məhkum mənzildən külli miqdarda pul oğurladı
20 Avqust 2010 Cümə 12:40
Hadisə Bakı şəhərində baş verib. Məhkum mənzildən külli miqdarda pul oğurlayıb.
Nizami rayonu Keşlə qəsəbə sakini Hacıyev Yaşar Mədət oğlunun evində oğurluq hadisəsi baş verib. Bu barədə hüquq-mühafizə orqanlarına məlumatı elə zərərçəkmiş özü verib. O, Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsinə ərizə ilə müracitə edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 50 manat nağd pulun oğurlandığını bildirib.

Yaradılan əməliyyat-istintaq qrupu tez bir zamanda oğurluğun üstünü açmağa nail olub. Məlum olub ki, yaşarın mənzilinə əl gəzdirərək onun var-dövlətinə göz dikən elə qonşusu Oleq Smirlov adlı şəxs olub.

Polis İdarəsinin işi araşdıran müstəntiqi Bakir Məmmədov bildirib ki, Oleq əvvəlcə həyətlərində yerləşən hamamın damına çıxıb. Buradan evdə heç kimin olmadığını yəqin etdikdən sonra mənzilə daxil olaraq planını həyata keçirib. O, mənzildən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 50 manat nağd pul oğurlayıb.
Araşdırmalar zamanı məlum olub ki, bu təqsirləndirilən şəxsin ilk cinayət əməli deyil. O.Smirlov 2001-ci ildə AR CM-nin qəsdən adam öldürmə maddəsi ilə məhkumluq həyatı yaşayıb. Hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar