Abşeron Rayon Məhkəməsində bıçaqlanma olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, hadisə bu gün saat 16.30 radələrində qeydə alınıb. Məhkəmədə keçirilən prosesdə tərəflər arasında dava düşüb. Nəticədə bir nəfər, 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun 4 bıçaq zərbəsi aldığı, hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan T. Mirzəliyevin qardaşını bir il əvvəl Elgün Babayev adlı sürücü avtomobillə vuraraq öldürüb. Lakin o həbs edilməyib. Buna görə də qarşı tərəf məhkəməyə üz tutub. Bu gün keçirilən prosesdə tərəflər arasında dava düşüb. Dava zamanı T. Mirzəliyev E. Babayevin yaxınları tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Məhkəmədə bıçaqlanma olub, 1 nəfər yaralanıb
Hadisə bu gün Abşeron Rayon Məhkəməsində baş verib.




Şərhlər