Məhkəmə hakimini ölümlə hədələyən iki erməni saxlanıldı
29 Aprel 2011 Cümə 11:41
Artak Arutyunyan və Aram Rafaelyana qarşı cinayət işi açılıb
Rusiyada daha iki erməni yaxalanıb. Sankt-Peterburq şəhərində hakimi öldürməklə hədələyən 27 yaşlı Artak Arutyunyan və 40 yaşlı Gürcüstan vətəndaşı Aram Rafaelyan məhkəmə zalındaca hakimi hədələyiblər.
“Araşdırma nəticəsində müəyyən edilib ki, Peterburq şəhər məhkəməsinin 14 martda keçirilən məhkəmə prosesində Artak Arutyunyan və Aram Rafaelyan onların tanışlarına qarşı çıxarılan hökmdən narazı qalaraq hakimi bir neçə dəfə öldürməklə hədələyiblər”, - deyə məlumatda deyilir.
Hazırda məsələ ilə bağlı cinayət işi açılıb araşdırma aparılır.
Bu, ermənilərlə bağlı ilk belə hal deyil. Artıq bütün dünya yavaş-yavaş ermənilərin iç üzünü, onların daxillərində gizlənmiş qatil xislətlərini görməyə başlayır. Xatırladaq ki, bu ayın 26-da İnterpol tərəfindən Qərbi Avropada bir sıra qətllər törətməkdə şübhəli bilinərək axtarışda olan erməni mənşəli Tiqran Arutunyan Rusiyanın Volqoqrad vilayətində saxlanılıb. Bu xüsusi təhlükəli erməni qətllər törətdiyinə və insanlara ağır bədən xəsarətləri yetirdiyinə görə Belçika federal polisi tərəfindən axtarılırmış.
Cinayət aləmində “Tiko” ləqəbi ilə tanınan erməninin dəsti xətti qurbanının başından iki güllə vurmaq imiş. O, 2002-ci ildə silahlı qarətə görə Almaniya polisi tərəfindən həbs olunub və təqribən 4 il bu ölkənin dustaqxanasında yatıb, daha sonra Rusiyaya təhvil verilib. Volqoqradda isə 1996-cı ildə törətdiyi qətlə görə məhkəmə ona 2 il şərti iş kəsib.
Daha sonra 2010-cu ildə Belçika polisi ölkə ərazisində törədilən qətldə məhz onun əlinin olduğunu sübut edənədək bir neçə il hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib.
DOSTLARINLA PAYLAŞ: