Hadisə

Mədinəyə gedəcək təyyarəyə ildırım düşdü

Kafedə gözləyən zəvvarlar burda “Mədinəyə varamadım” ilashisini oxuyublar.

· Xəbərçi
Mədinəyə gedəcək təyyarəyə ildırım düşdü
Türkiyənin Adana şəhərində zəvvarları Mədinəyə aparacaq Səudiyyə Ərəbistanına aid təyyarəyə ildırım düşüb. Təyyarədə nasazlıq meydana gəldiyi üçün saat 08.25-də hava limanına gələn zəvvarlar axşama qədər gözləməli olublar. Məlumata görə, yağış səbəbilə hava limanının kafesində gözləyən 400 nəfərlik zəvvar qrupu burda “Mədinəyə varamadım” (Mədinəyə gedə bilmədim) ilashisini oxuyublar. Zəvvarlardan biri isə “İHA” müxbirinə yeni bir təyyarənin nə vaxt gələcəyinin bilinmədiyini deyib.

Şərhlər