Bakıda mebel sexində yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriləın məlumata görə, yanğın sentyabrın 12-si saat 04.30 radələrində Suraxanı rayonundakı Park küçəsində baş verib.
Bakı şəhər sakini Məhəmməd Qafarova məxsus mebel sexində yanğın nəticəsində sexin yanar konstruksiyaları yanıb, yanğını söndürməyə cəhd göstərən oranın gözətçisi Aleksandr Rındin isə yanıq xəsarəti alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Mebel sexi yandi, gözətçi xəsarət aldı
Mebel sexi yandi, gözətçi xəsarət aldı. Yanğın Suraxanı rayonunda olub.




Şərhlər