Maştağada 8 yaşlı qız tüfəng atəşi ilə ölüb
14 Mart 2012 Çərşənbə 06:11
Hadisəyə səbəb azyaşlının evdə tüfənglə ehtiyyatsız rəftarı olub.
Sabunçu rayonu Maştağa qəsəbəsi Ərəblinski küçəsi dalan 1, ev 1-də yaşayan 8 yaşlı Abbasova Südeyfxanım Ehtiram qızı faciəli şəkildə dünyasını dəyişib. Yaşadığı mənzildə qoşalülə tüfəngədən açılan atəş nəticəsində ağır yaralanan uşaq, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı dərhal Sabunçu rayon polis idarəsi və prokurorluğunun əməkdaşları göstərilən ünvana yollanıblar. İlkin yoxlamalar nəticəsində məlum olub ki, Südeyfxanım Abbasova mənzildə olan nəzarətsiz tüfənglə oyanayan zaman qəfildən odlu silahın açılması onun ölümünə səbəb olub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: