Maştağada 11 yaşlı uşağı maşın vurdu
22 Dekabr 2010 Çərşənbə 11:05
Yaralı reanimasiyadadır
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dekabrın 21-i saat 18.30 radələrində naməlum avtomobil yolu keçmək istəyən piyada - 11 yaşlı Xeybər Fazil oğlu Həsənovu vuraraq qaçıb. Yaralı ağır vəziyyətdə Sabunçu rayon Xəstəxanasına aparılıb.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, yaralı qapalı kəllə-beyin travması, əzələ və dəri altının gematoması və digər xəsarətlərlə dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata alınıb. Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, hadisə Maştağa İdman Kompleksinin qarşısında baş verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar