Maştağa sakin bıçaqlanıb
08 İyun 2009 Bazar Ertəsi 13:35
Xalid Əliyev 35 yaşlı Əlirza Hüseynovu evinin qarşısında döş qəfəsindən bıçaqlayıb

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 7-də Maştağa qəsəbəsi Axund Mirzə Əbdül Kərim Ağa küçəsində yaşayan 35 yaşlı Əlirza Hüseynov evinin qarşısında döş qəfəsindən bıçaqla xəsarət alıb. O, 3 saylı xəstəxanaya yerləşdirilib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ə. Hüseynova xəsarət yetirən, 28 yaşlı Xalid Əliyev saxlanılıb.

Anar Məmmədov /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar