Maşında gecələyən ata və oğul dəm qazından boğuldu
08 Fevral 2010 Bazar Ertəsi 13:35
Yollar buz bağladığından 41 yaşlı Ədalət Şükürov maşını idarə edə bilməyib
Azərbaycan paytaxtında ata və oğul dəm qazından boğularaq ölüb. Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 41 yaşlı Ədalət Şükürlü yollar buz bağladığından idarə etdiyi “Mercedes” markalı avtomobillə küçədə gecələmək qərarına gəlib. Nəticədə sürücü Ə. Şükürlü və onun 16 yaşlı oğlu Ülvi Şükürlü dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar