Qusar rayonunda dünən səhər saatlarında baş verən yanğın hadisəsinin səbəbi məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 28-də saat 05.00 radələrində Qusar rayonu Həzrə kənd sakini 63 yaşlı Maqsud Qədimova məxsus 2 mərtəbəli evin 1-ci mərtəbəsindəki qarajda "VAZ-2106" markalı avtomaşında yanğın baş verib, yanğın sonradan mənzilə keçib. Nəticədə 250 kvm. sahədə dam örtüyünün, habelə avtomaşının yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğındam Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını hadisə yerinə yollansa da, yollar buzlu və cətin olduğundan əraziyə gec çatıb. Bununla belə, saat 07.30-da yanğın tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Maşında başlayan yanğın bütün evi bürüdü
Qusarda ikimərtəbəli evin yanmasına səbəb qarajdakı maşının alışması imiş




Şərhlər