Masallıya qonaq gələn 31 yaşlı qadın ölüb
04 Mart 2011 Cümə 23:21
Onun hamamda dəm qazından boğulduğu ehtimal edilir
Masallı rayonunun Təzə Alvadı kəndində ölüm hadisəsi baş verib. Cəlilabadın Bəciravan kənd sakini, 30 yaşlı Qasımova Ceyran Bəylər qızı nənəsi Səfərova Zülfünaz İbadulla qızının evində olduğu vaxt axşam saatlarında hamamda çimərkən özünü pis hiss edib. Onun hamamda dəm qazından zəhərləndiyini güman edən yaxınları dərhal Masallı Təcili Tibbi Yardım stansiyasına zəng ediblər. Həkimlər gələnə kimi 30 yaşlı qadın keçinib.
Hadisə yerinə Masalli rayon polisinin və prokurorluğunun əməkdaşları gəlib. Rayon prokurorunun müavini Vaqif Bayramov Məhkəmə Tibbi Ekspertizasının nəticələri bəlli olmayana qədər qadının ölümünün səbəbləri barədə açıqlama verə bilməyəcəyini deyib.
Qeyd edək ki, mərhum Ceyran Qasimova 2 uşaq anasıdır və 3 gün imiş ki, Masallıya gəlibmiş.
DOSTLARINLA PAYLAŞ: