Hadisə

Masallıda taxıl zəmisi yanır

Xırmandalı kəndində 10 hektara yaxın sahəni alov bürüyüb

· Xəbərçi
Masallıda taxıl zəmisi yanır

 

Masallı rayonunda bu gün yenidən taxıl sahəsi yanıb. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində təxminən bir saat öncə baş verib. Kənd sovetinin nümayəndəsi ANS PRESS-ə yanğının 10 hektara yaxın ərazini əhatə etdiyini bildirib. Hazırda yandığının qarşısının alınması üçün tədbirlər görülür. Yanğının səbəbləri bəlli deyil.

Qeyd edək ki, bu son bir həftədə Masallı rayonunda taxıl zəmisinin yanması ilə bağlı baş verən ikinci faktdır. Ötən həftə Qızılağaç kəndində 10 hektar sahə külə dönmüşdü. Yanğının mal-qara otararaq uşaqların odla ehtiyatsız davranması nəticəsində yarandığı bildirilib. İyunun 13-də isə Siyəzəndə 35 hektar taxıl sahəsi yanıb.

Kəmalə Məmmədova/ANS PRESS/

 

Şərhlər