Masallıda qardaş qardaşın qanını töküb
18 Noyabr 2011 Cümə 17:41
Hadisə rayonun Qəriblər kəndində baş verib.
Masallı rayonunda qardaş qardaşın qanını töküb. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Qəriblər kənd sakini, 1985-ci il təvəllüdlü Daşqın Məxsus oğlu Quliyev mübahisə zəminində qardaşı, 1980-ci ildə anadan olmuş Coşqun Məxsus oğlu Quliyevi bıçaqlayıb.

Məlumata görə, hadisəni törədən 26 yaşlı D.Quliyev ruhi xəstədir. Valideynləri bir neçə il əvvəl onu özünə qapanmasın deyə evləndirib. Dünən isə D.Quliyev ailə üzvlərinin və qardaşı Coşqunun yanında 1 yaşı yeni tamam olmuş oğlunu döymək istəyib. Bu zaman C.Quliyev Daşqını sakitləşdirmək istəyib. Daşqın isə mətbəx bıçağını götürərək özündən 5 yaş böyük qardaşına bir neçə zərbə endirib. Polis Daşqın Quliyevi saxlayıb.

Qeyd edək ki, faktla əlaqədar araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar