Ötən gün Masallı şəhərində torpaq uçqunu baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Dadva küçəsində qeydə alınıb.
Belə ki, küçədə kanalizasiya xətlərinin quraşdırılması məqsədilə qazıntı işləri aparan tikinti şirkətinin işçiləri, Müsəddiq Novruzov və Ramin Seyidov torpaq uçqunun altında qalıblar.
Hadisə nəticəsində M.Novruzov hadisə yerində ölüb, R.Seyidovu isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Masallı şəhərində torpaq uçqunu baş verib
Ötən gün Masallı şəhərində baş verən torpaq uçqunu vaxtı ölən və yaralananlar olub.




Şərhlər