Hadisə

Masallı sakini elektrik mişarı ilə boğazını kəsib

Ehtiyatsızlıqdan baş verən hadisə ölümlə nəticələnib

· Xəbərçi
Masallı sakini elektrik mişarı ilə boğazını kəsib

 

Masallı rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, rayonun Xanolyan kənd sakini Fikrət Səfərov elektrik mişarı ilə işləyərkən ehtiyatsızlıq üzündən boğaz nahiyəsini kəsib. Hadisə ötən gün səhər saatlarında, F.Səfərov meşə zolağında odun doğrayarkən baş verib.

O, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. /ANS PRESS/

 

Şərhlər