Azərbaycanın Masallı rayonunda qətl törədilib.Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.
Hadisə ötən gecə rayon ərazisində yerləşən “Palıd” restoranında qeydə alınıb. Həmin restoranda çalışan 23 yaşlı Murad Məhərrəm oğlu Heydərov münaqişə zəminində iş yoldaşı, 42 yaşlı Əli Soltan oğlu Zeynalovu bıçaqla qətlə yetirib.
Hadisəni törədən M. Heydərov saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Masallı rayonunda restoranda dava düşüb,ölən var
Dava restoranın işçiləri arasında olub.




Şərhlər