Marşrut avtobusu piyadanı vurub
10 Aprel 2009 Cümə 16:05
Fikrət Şahbazov 160 saylı xətt avtobusunun vurması nəticəsində hadisə yerində ölüb

 

Bakı şəhərində avtomobilin piyadanı vurması ölümlə nəticələnib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 9-da saat 07:30 radələrində Vasif Hüseynov idarə etdiyi 160 saylı xətt avtobusu ilə «İSUZU» markalı 10-JE-146 dövlət nömrə nişanlı avtobusla 20 yaşlı piyada Fikrət Şahbazovu vurub. Nəticədə F. Şahbazov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalanı pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar