Marketdən alınan çörəkdən diri siçan çıxdı
05 Avqust 2011 Cümə 01:30
Market isə məsuliyyəti qəbul etməyərək siçanın bağlamaya çörək bişirmə sexində girdiyini iddia edib
Avstrliyanın Kvinslend əyalətində qeyri-adi hadisə baş verib. “Townsville Bulletin” qəzetinin yaydığı məlumata görə, “Coles” marketlər şəbəkəsinin şöbələrindən birindən ərzaq alan qadın evinə getdiyi zaman aldığı hazır bağlamalı çörəyin içində diri siçan olduğunu görüb. Hər gün yediyi çörəyin içində siçan görməyin dəhşətli bir şey olduğunu bildirən qadın siçan tərəfindən bağlaması ilə birlikdə marketə aparıb. Market isə məsuliyyəti qəbul etməyərək siçanın bağlamaya çörək bişirmə sexində girdiyini iddia edib.
Bu istiqamətdə quruma şikayətlər daxil olduğunu bildirən rəsmilər həm marketin, həm də çörək bişirmə sexinin yoxlamadan keçiriləcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: