Manqa komandiri azadlıqdan məhrum edilib
02 Aprel 2009 Cümə Axşamı 15:00
Təqsirləndirilən Teymurxan Səlimov ötən il mübahisə zəminində Ruslan Teymurovu qətlə yetirib

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən “N” saylı hərbi hissənin əsgərinə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Teymurxan Səlimov 13 il müddətinə azadlıqdan məhrum edilib. T. Səlimov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. “N” saylı hərbi hissənin əsgəri, manqa komandiri olan Teymurxan Səlimov 2008-ci ilin oktyabrında əsgər yoldaşı Ruslan Teymurovla mübahisəsi düşüb. R. Teymurov tərəfindən xəbərçilikdə günahlandırılması manqa komandirinə pis təsir edib. Bir neçə gün sonra T. Səlimov “Kalaşnikov” avtomatından atəş açmaqla R. Teymurovu qətlə yetirib.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar