Mal-qara oğurluğu ilə məşğul olan dəstə ələ keçib
31 Avqust 2010 Çərşənbə Axşamı 21:45
Cəlilabad sakinləri elə öz rayonlarında oğruluq əməlləri törədirmişlər.
Cəlilabad rayonunda mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Cəlilabad sakinləri İntizam Cavadov və Sevindik Cəfərova məxsus 2 baş inək oğurlanıb.

Keçirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini, 48 yaşlı Mirnizam Qiyamov, Kürdlər kənd sakinləri olan 42 yaşlı Fazil Məmmədov, 22 yaşlı Elçin Məmmədov və onun 16 yaşlı qardaşı Eldəniz tutulub.

Saxlanılan şəxslərin dindirliməsindən sonra onların digər cinayət əməlləri də ortaya çıxıb. Məlum olub ki, dəstə üzvləri bu ilin iyul ayı ərzində Eçara kəndinin otlaq sahəsindən kənd sakinləri Gülbala Şükürov və Məmməd Əliyevə məxsus 7 baş qoyunu da oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar