Mahaçqalada yük qatarının yolunda partlayış baş verib
15 Avqust 2010 Bazar 17:50
Nadir Azməmmədov: "Partlayış Azərbaycan qatarlarının hərəkət qrafikinə təsir göstərməyib".
Dağıstanın Mahaçqala şəhərində Kaspiysk-Tarki dəmiryolu ilə hərəkət edən yük qatarının yolunda partlayış baş verib. Bu barədə yerli Daxili İşlər Nazirliyinin Mahaçqala nəqliyyatının xətti idarəetmə növbətçi hissəsi məlumat verib. 8 vaqondan ibarət olan qatarın maye qaz daşıdığı bildirilir. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Azməmmədov ANS-ə bildirib ki, partlayış Azərbaycan qatarlarının hərəkət qrafikinə təsir göstərməyib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: