Ötən axşam Mahaçqalada banklardan birinin əməkdaşının maşınının altında partlayıcı qurğu işə düşüb. Maşın sahibi yaralanıb və xəstəxanaya çatdırılıb. Dağıstan Daxili İşlər Nazirliyindən RİA “Novosti”yə verilən məmata görə, hadisə yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 20.00) qeydə alınıb. İşə düşən partlayıcı qurğu naməlumdur.
Bank işçisinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Mahaçqalada bank işçisinin maşını partladılıb
Maşın sahibi xəsarət alıb




Şərhlər