Hadisə

Mağazaya ziyan vuran iki qadın və bir kişi tutulub

Onlar mağazadan geyim əşyaları oğurlayıblar

· Xəbərçi
Mağazaya ziyan vuran iki qadın və bir kişi tutulub
Bakıda oğurluq edən şəxslər tutulub. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən ilin oktyabr və dekabr aylarında Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Abubəkir Ağayevə məxsus mağazaya müştəri qismində gələn naməlum şəxslər oradan 7000 manat dəyərində geyim əşyalarını oğurlayıblar.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nətijəsində oğurluqda şübhəli bilinənlər, Yevlax rayon sakinləri Mahir Mustafayev, İmperial Seyidova və əvvəllər məhkum olunan Zoya Dərvişi martın 5-də tutularaq istintaqa veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər