Mağazalarda yararsız ərzaq məhsulları aşkar edilib (Siyahı)
19 İyul 2010 Bazar Ertəsi 15:25
İstifadə müddəti ötmüş qənnadı, süd məhsulları, sərinləşdirici içkilər, pivə və uşaq yeməkləri məhv edilib.
Bakıda və rayonlardakı mağazalarda yararsız qida məhsulları aşkar edilib. Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı müəyyən olunub. Ümumi çəkisi 100 kiloqrama yaxın olan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Bakının Xətai rayonunda
X.Məmmədov küçəsi, 2944-cü məhəllədə yerləşən “Neptun-3 market”
Yasamal rayonunda
Ə.Əhmədov və D.Bünyadzadə küçələrinin kəsişməsində Azər Şirinova məxsus mağaza

Abşeron rayonunun Xırdalan şəhərində
H.Əliyev prospektində yerləşən “Nuru market”, “Lider market”, “Nihat market”, “Mars market” və Sevindik Şahmarlıya məxsus mağaza;
28-ci məhəllədə yerləşən “Ülvi market”

Gəncə şəhərində
Atatürk prospekti, 197 ünvanında yerləşən “Sarvan market”

Quba şəhərində
Fətəlixan küçəsində Ramin Məmmədova məxsus mağaza

Ucar şəhərində
Azərbaycan küçəsində Famil Babayevə məxsus mağaza
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar