Bakının Nəsimi rayonu ərazisində mağazadan oğurluq edən şəxs yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi oktyabrın 4-nə keçən gecə baş verib. S.Rüstəmov küçəsində yerləşən Müşginaz Mustafayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4000 manat, mobil telefon, DVD və 150 manat dəyərində danışıq kartları oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 34 yaşlı Fariz Mirzəyev dekabrın 7-də tutulub.
Faktla bağlı araşdırma aparılır.
ANSPRESS
Mağazadan 4000 manat aparan şəxs yaxalandı
Fariz Mirzəyev mağazadan 4000 manat, mobil telefon, DVD və danışıq kartları oğurlamaqda şübhəli bilinir




Şərhlər