Belarus prezidenti Aleksandr Lukaşenko 2010-cu ilin dekabr ayının 19-da prezident seçkiləri başa çatdıqdan sonra Minskdə baş vermiş kütləvi iğtişaşlarda iştirak etdiyinə görə, həbs olunmuş 9 nəfəri bağışlayıb. Bu barədə Belarus prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Ölkə başçısı əfv barədə qərar qəbul edərkən həmin şəxslərin günahlarını etiraf etmələri və səmimi qəlbdən peşman olmaları, eləcə də ölkə başçısından əfv olunma barədə xahişlərini nəzərə alıb.
Xatırladaq ki, Belarus müxalifəti 2010-cu ilin dekabrın 19-da keçirilən prezident seçkilərində səsvermə başa çatan kimi Minskdə icazəsiz aksiya keçirib. Polisin aksiyanı dağıtmaq cəhdi isə kütləvi iğtişaşlara səbəb olmuşdu.
Lukaşenko rəhmə gəldi
Beloras prezidenti 9 iğtişaşçını əfv edib




Şərhlər