Hadisə

London iğtişaşlarında xəsarət alanlardan biri öldü

68 yaşlı Riçard Bous xəstəxanada dünyasını dəyişib

· Xəbərçi
London iğtişaşlarında xəsarət alanlardan biri öldü
Londonda bazar ertəsi neaməlum şəxslərin hücumuna məruz qalan kişi xəstəxanada dünyasını dəyişib. 68 yaşlı London sakini Riçard Bous supermarketdə yanğını söndürməyə çalışarkən hücuma məruz qalıb. O, kəllə-beyin xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, huşu özünə gəlməyib və ötən gecə ölüb.

Polis Böyük Britaniya paytaxtının sakinlərinə müraciət edərək, 68 yaşlı kişiyə hücum etmiş həxslərin tapılması üçün yardım itəyib.

Qeyd edək ki, Londondakı iğtişaşlara görə həbs edilənlərin sayı 1000 nəfəri ötüb.

Şərhlər