Hadisə

Lökbatan sakini döş qəfəsindən vuruldu

Hadisədə şübhəli bilinən saxlanılıb

· Xəbərçi
Lökbatan sakini döş qəfəsindən vuruldu
Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polisi İdarəsindən verilən məlumata görə, hadisə mayın 31-i saat 23:50 radələrində Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Rövşən Səfərov Qulu Abbasova döş qəfəsindən bıçaqla xəsarət yetirib. Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Səfərov saxlanılıb.

Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.

Şərhlər