Britaniyalı fotoreportyor və rejissor Tim Heterinqton Liviyanın Misrata şəhərində qiyamçılarla hökumət qoşunları arasında döyüş zamanı həlak olub. Daha üç jurnalist isə ciddi xəsarətlər alıblar. Onların arasında “Getty İmages” agentliyinin fotoqrafı Kris Hondros da var.
Tim Heterinqton dörd dəfə nüfuzlu “World Press Photo” mükafatının laureatı olub. O, 2010-cu ildə Əfqanıstandakı amerikalı hərbçilərlə bağlı filmə görə “Oskar” mükafatına namizəd irəli sürülüb.
Son on il ərzində Tim Heterinqton müxtəlif ölkələrdə, o cümlədən, Kosovo, İraq və Əfqanıstandakı hərbi münaqişələri işıqlandırıb.
Liviyada britaniyalı fotoreportyor həlak oldu
Qiyamçılar və hökumət qoşunları arasındakı döyüşdə daha üç jurnalist ağır yaralanıb




Şərhlər