Moskva Yol Patrul Xidmətinin inspektoru onlarla zorlama hadisəsində şübhəli bilinərək həbs olunub. Paytaxtın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, o, Biryulevskaya küçəsində yerləşən mənzillərdən birinin liftində qızı zorlamağa cəhd göstərərkən yaxalanıb.
Hazırda həmin şəxsin Moskvanın Cənub dairəsində əvvəllər törədilən analoji cinayətlərdə iştirak edib-etməməsi yoxlanılır.
Moskvanın İstintaq Komitəsindən bildiriblər ki, saxlanılan milis işçisi yarım il ərzində sözügedən ərazidə ən azı 20 seksual mahiyyətli zorakılıq hərəkətlərində təqsirli bilinir.
ANSPRESS
Liftdə qızı zorlayarkən yaxalandı
Moskvada Yol Patrul Xidmətinin inspektoru liftdə qızı zorlayarkən tutulub.




Şərhlər