Dünən gecə saatlarından Zaqatala və Balakən rayonlarına yağan güclü yağış bir sıra fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bölgənin iri çaylarından Talaçay, Katexçay, Balakən, Mazım, Silban və Mazıx çaylarında suyun səviyyəsi normadan artıb. Leysan nəticəsində Balakən rayonunda bir sıra həyətyanı sahələr və əkin yerləri su altında qalıb. Rayonun bəzi qəsəbələrində elektrik enerjisi kəsilib. Bir çox kəndlərə verilən içməli su dayandırılıb.
Qeyd edək ki, hazırda təbii hadisənin vurduğu ziyan araşdırılır. Yaranmış porblemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Leysan Zaqatala və Balakən rayonlarında da problemlər yaradıb
Bir sıra həyətyanı sahələr və əkin yerləri su altında qalıb




Şərhlər