Lerik rayonunda ağır yol qəzası baş verib. Bu barədə ANS PRESS-ə rayon polis şöbəsindən verilən məlumata görə, hadisə aprelin 20-də rayonun Bülüdül kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 61 yaşlı Qulam Vəzir oğlu Əmanov idarə etdiyi 23-BC-510 nömrə nişanlı “Niva”nı Bülüdül kəndi ərazisində dərəyə aşırıb. Nəticədə Q.Əmanov və onun bacısı, 43 yaşlı Qönçə Vəzir qızı Əmanova hadisə yerində keçiniblər. Onların qardaşı 57 yaşlı Atif, bacısı Fərziyeva Elxanım ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.
Lerikdə ağır qəza
Ölənlər və yaralananlar bacı qardaş olub




Şərhlər