Hadisə

Lənkəranda uşağın əli elektron ət maşınında qalıb

Hadisə yerinə FHN-nin xilasediciləri yetişib.

· Xəbərçi
Lənkəranda uşağın əli elektron ət maşınında qalıb
Lənkəran rayonunda bədbəxt hadisə olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Girdəni kəndində azyaşlı uşağın əli elektrik ət maşınının içərisində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ət maşınını kəsərək uşağın əlini detalın içərisindən çıxarıblar.

Əməliyyat saat 00:55-də başa çatıb. ANSPRESS

Şərhlər