Lənkəranda təbii fəlakət, 8 körpünü sel aparıb
19 Sentyabr 2011 Bazar Ertəsi 12:46
Evlər qəzalı vəziyyətə düşüb
Azərbaycanın Lənkəran rayonunda vəziyyət gərgin olaraq qalır. ANS TV-nin bölgə müxbirinin məlumatına görə, güclü yağış və nəticədə yaranmış sel nəticəsində Lənkəranın bir neçə kəndində evlər qəzalı vəziyyətə düşüb. Xeyli miqdarda ev quşları və mal-qara tələf olub.

Hazırda Lənkəran yolunda yolun açılması üçün texnika çalışır. Gediş-gəliş üçün yol qismən bərpa olunsa da, aidiyyati şəxslər bu yolun tam açılması üçün uzun vaxt tələb olunduğunu deyirlər. Çünki ərazidə paralel olaraq sürüşmə də gedir.

Təbii fəlakət nəticəsində rayonda 2 ailənin itkin düşməsi barədə xəbər yayılsa da, Lənkəran rayon Fövqəlada Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev bu barədə faktın olmadığını bildirib.

Sel nəticəsində rayon ərazisində 8 körpünü sel aparıb. Şəhərlə bir neçə kənd arasında əlaqə kəsilib. Fövqəlada Hallar Komissiyası həmin kəndlərə qida və çörək göndərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar