Hadisə

Lənkəranda polis əməkdaşı idarə etdiyi avtomobillə çaya düşüb

23 yaşlı sürücünün vəziyyəti ağırdır.

· Xəbərçi
Lənkəranda polis əməkdaşı idarə etdiyi avtomobillə çaya düşüb
Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə iyulun 8-də saat 22.00 radələrində Lənkəran - Boradigah şose yolunun 7-ci kilometrliyində - Lənkəranın Veravul kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Haftonu qəsəbə sakini, 1988-ci il təvəllüdlü Fuad Şəmsəddin oğlu Tağıyevin idarə etdiyi “VAZ-2105” markalı avtomobil idarəetməni itirərək Veravulçay körpüsündən çaya aşıb. Nəticədə avtomobilin sürücüsü F.Tağıyev qapalı kəllə beyin travması, çənə və sol bud sümüyünün sınığı, travmatik şok diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Mühafizə polisi şöbəsinin əməkdaşı olan yaralıya xəstəxanada müvafiq tibbi yardımlar göstərilsə də, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb. ANSPRESS

Şərhlər