Lənkəranda nənə yeni doğulmuş nəvəsini qətlə yetirib
29 Yanvar 2010 Cümə 20:35
Hadisə rayonun Siyavar kəndi ərazisində baş verib
Lənkəran rayonunun Siyavar kəndində dörd günlük uşaq nənəsi tərəfindən qətlə yetirilib. Rayon prokurorluğunun müstəntiqi Vəli Mustafayevin ANS PRESS-ə verdiyi məlumata görə, 51 yaşlı Münəvvər Süleyman qızı Rəsulovanın yanvarın 28-də onunla bir evdə yaşayan qızı 26 yaşlı Xəyalə Vidadi qızı Rəsulovanın yeni doğulan körpəsini öldürdüyü məyyənləşib.

Dindirilmə zamanı M.Rəsulova qızı ilə aralarında yarandığı mübahisə zəminində yeni doğulmuş uşağı öldürmək məqsədilə yerə çırpdığını etiraf edib. Baş nahiyəsindən ciddi zədə alan uşaq ölüb.

Qadın uşağın qızının bir müddət əvvəl boşandığı əri Babayev Elməddin Əzizağa oğlundan deyil, başqa kişidən olmasını əsas gətirərək körpəni öldürdüyünü bildirib.

Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar