Lənkəranda dələduzluq edən şəxs həbs edildi
10 İyun 2010 Cümə Axşamı 18:10
Lənkəranda dələduzluq edən şəxs həbs edildi. 32 yaşlı rayon sakini zərgər tanışını aldadıb
Lənkəran polisi dələduzluqla məşğul olan 32 yaşlı rayon sakinini həbs edib. Saxlanılan şəxs həmyerlisinin etibarından sui-istifadə edərək ona 2580 manat dəyərində ziyan vurub. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Lənkəran polis şöbəsinin müstəntiqi Famil Həsənov məlumat verib.

Lənkəran rayonunun Mamusta kənd sakini Fuad Əmək oğlu Cəfərov Lənkəranın Kolxoz bazarında zərgərlik məmulatları satan tanışı Tofiq Rzayevi aldadaraq ondan 1200 manat dəyərində 1 ədəd brilyant sırğa-üzük dəsti, 720 manat dəyərində 1 ədəd qızıl boyunbağı ilə birlikdə brilyant kloun, 660 manat dəyərində 2 ədəd qızıl qolbaq alıb. Zinət əşyalarını xalası oğlunun toyu üçün aldığını deyən Fuad Cəfərov onların məbləğini toydan sonra ödəyəcəyini bildirib. Lakin, bir müddət sonra Fuad Cəfərov zinət əşyalarının pulunu zərərçəkmişə ödəməkdən boyun qaçıraraq ona 2580 manat dəyərində ziyan vurub.

Faktla bağlı Lənkəran rayon polis şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Lənkəran rayon məhkəməsi tərəfindən Fuad Cəfərov barəsində həbs qəti imkan tədbiri seçilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar