Hadisə

Lənkəranda bıçaqlanma

Sərxoş kişi həmyerlisini bıçaqladı

· Xəbərçi
Lənkəranda bıçaqlanma
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bıçaqlanma aprelin 8-də rayonun Qumbaşı kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini Sübhan Əliyev sərxoş halda münaqişə zəminində həmkəndlisi Bahəddin Niftullayevə bıçaqla xəsarət yetirib.

Lənkəran polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulub.

Şərhlər