Lənkəranda ağır yol-nəqliyyat qəzası: 2 ölü
24 Yanvar 2011 Bazar Ertəsi 05:00
Qəzaya səbəb hərəkətin təhlükəsizliyini təmin etməyən manevr olub.
Ələt-Astara magistral yolunun 205-ci km-də, yolun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lənkəran rayonunun Viyən kənd sakini, 37 yaşlı Əliyev Asəf Bayraməli oğlu idarə etdiyi “Vaz-2107” markalı avtomaşınla axşam saat 20.15 radələrində Ələt istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək sol tərəfə istiqamətlənib və yoldan çıxıb. Nəticədə avtomobil ağacla toqquşub. Qəzada 37 yaşlı Asəf Əliyev və maşında olan sərnişin, həmkəndlisi 28 yaşlı Abdullayev Cəmil Səxavət oğlu aldıqları müxtəlif bədən xəsarətləri ilə hadisə yerində keçiniblər. Müstəntiq Bəyəmir Cahangirovun ANS-ə verdiyi məlumata görə qəzaya səbəb hərəkətin təhlükəsizliyini təmin etməyən manevr olub. Bu səbəbdən də sürücü idarəetməni itirərək yoldan çıxıb və zərblə ağaca çırpılıb. Həmin vaxt avtomaşının sürücü tərəfindən yüksək sürətlə idarə edilməsi istisna edilmir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar