Lənkəranda ağır qəza: iki ölü
19 Aprel 2011 Çərşənbə Axşamı 11:03
"Mercedes Benz” əvvəlcə elektrik dirəyinə dəyib, sonra isə yüksək sürətlə yolun kənarındakı ağaca çırpılıb
Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub. Hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.

Astara rayonunun Siyakü kənd sakini, 33 yaşlı Etibar Salman oğlu Ziyadovun idarə etdiyi “Mercedes Benz” markalı avtomaşın Astara istiqamətində hərəkət edərkən idarəetməni itirdiyindən sol tərəfdə yoldan çıxaraq, əvvəlcə elektrik dirəyinə dəyib, sonra isə yüksək sürətlə yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın aşıb, sürücü E.Ziyadov və onun həmkəndlisi, 32 yaşlı Tərlan Xosaxan oğlu Zahidov hadisə yerində keçiniblər.

Faktla bağlı AR CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanib, istintaq aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar