Lənkəranda 8 yaşlı piyada vurulub
08 İyul 2011 Cümə 17:21
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Bu gün saat 12.30 radələrində Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Velədi kəndindən keçən hissəsində, yolun 204-cü km-də rayonun Gərmətük qəsəbə sakini 23 yaşlı Şahmar Şirzad oğlu Səfərovun idarə etdiyi “Qaz-3302” markalı 42 BM 536 dövlət nömrə nişanlı avtomaşınla Astara istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçən piyadanı, rayonun Velədi kənd sakini, 8 yaşlı Fatimə Teymur qızı Mehrəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Meyit daxili və xarici müayinə edilmək üçün məhkəmə Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisə yerinə Baş Dövlət yol polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları gəlib. İşi araşdıran müstəntiq Bəyəmir Cahangirovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisəyə səbəb “Qaz-3302” markalı maşının hərəkətin təhlükəsizliyini təmin etməyəm manevr etməsi olub.
Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsilə cinayət işi başlanıb, istintaq gedir.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: