Lənkəran və Saatlı sakinləri suda boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Lənkəran şəhərinin Hilkan qəsəbəsi ərazisində, qəsəbə sakini Təvəkkül İbadov kanalda çimərkən batıb. Hazırda T.İbadovun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
Saatlı rayonunun Mustafabəyli kəndi ərazisində, çayda çimən kənd sakini Fəxrəddin Atayev batıb. Onun meyiti sudan çıxarılıb. /ANS PRESS/