Latviya prezidenti Brüsseldən ölkəsinə qayıtmaqda çətinlik çəkibl
14 Sentyabr 2011 Çərşənbə 01:20
Milli hava yolları şirkətinin reysləri təxirə salması prezident və nazirin planlarını pozub
Latviyanın prezidenti Andris Berzinş və xarici işlər naziri Girt Vladis Kristovskis “airBaltic” hava yolları şirkətinin işindəki probemlər üzündən öz planlarını dəyişdirməli olublar. BBC-nin məlumatına görə, şirkət heç bir xəbərdarlıq və izahat vermədən 22 reysi təxirə salıb.
Latviyanın xarici işlər naziri Brüsseldən Riqaya hələ azar ertəsi qayıtmalıymış. Lakin “airBaltic”in reysi təxirə salınıb. “Nazir çərşənbə axşamı səhər qayıda bilib və hava limanından birbaşa hökumətin iclasına gedib Xoşbəxtlikdən o heç bir tədbiri buraxmayıb”, - Latviya XİN-in mətbuat katibi Yanis Silis deyib.
Eyni aqibətlə Latviya prezidenti Andris Berzinş də üzləşib. O, Brüsseldən Riqaya çərşənbə axşamı qayıtmalı olsa da, “airBaltic”in bu reysi də təxirə salınıb.
“Heç kim bizə xəbərdarlıq etməmişdi. Lakin “airBaltic” alternativ variant tampaqda köməklik etdi. Biz Riqaya Hamburqdan uçacağıq. Riqaya təxminən planlaşdırdığımız vaxtda çatacağıq. Sadəcə olaraq, Brüsseli vaxtından əvvəl tərk etməli olduq. Yaxşı ki, ehtiyatda vaxtımız var idi”, - Latviya prezidentinin mətbuat katibi Liqa Krapane bildirib.
Riqa hava limanının mətbuat katibi Sarmite Bunk-Brilyonkun sözlərinə görə, “airBaltic” şirkəti iki gündə 22 reysi təxirə salıb. Bundan daha çox Tallin, Vilnüs, Stlkholm, Brüssel və Berlin istiqamətində uçan sərnişinlər ziyan çəkib.
“airBaltic”in reyslərinin təxirə salınmasının səbəblərini nə Prezident dəftərxanası, nə hava limanı, nə də Nəqliyyat Nazirliyi açıqlayıb. Amma nazirliyin nümayəndələri şirkətin reysləri təxirə salmasını “ziyanvericilik” adlandırıblar.
DOSTLARINLA PAYLAŞ: