Kürün üzərindəki körpü yenə uçdu
03 May 2011 Çərşənbə Axşamı 10:24
Avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində, Kür çayının Şirvan şəhərindən keçən hissəsi üzərində yerləşən avtomobil körpüsü uçub. Bu barədə 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda yük avtomobilləri üçün hərəkət məhdudlaşdırılıb, yüngül avtomobillərin hərəkətinə isə icazə verilir.
Uçmuş hissənin bərpasına başlanılıb. Bu hissəyə yeni beton plitələr quraşdırılacaq. Beton plitələrin quraşdırılması və asfalt örtüyünün salınmasının bu gün saat 17.00-a qədər başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, körpü bu il aprelin 15-də də uçmuşdu.
DOSTLARINLA PAYLAŞ: