Kürdəmirdə ağır yol qəzasında iki nəfər ölüb
19 Sentyabr 2011 Bazar Ertəsi 14:16
Azərbaycanda ağır yol qəzası baş verib. Qəza sentyabrın 18-i, saat 11 radələrində Bakı-Qazax yolunun 186-cı km-də, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Mahmud Maqsudovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əhmədov Elşən Sübhan oğlunun idarə etdiyi 90 BS 317 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində E. Əhmədov və sərnişini - Bakı sakini, 1962-ci il təvəllüdlü Məsimov Fazil Qəhrəman oğlu hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişinlər - Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Məsimova Ceyran Balaca qızı, onun nəvəsi, 2005-ci il təvəllüdlü Məsimova Aysun Elnur qızı və Tovuz rayon sakini, 1986-cı il təvəllüdlü Əhmədov İlqar Nurəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: